“At ilxısı, köpək sürüsü”

Boş vaxtlarımda bəzən bizim telekanallara baxıram.. AzTv, LiderTv və İTV. Bəzən gülmək, bəzən də ağlamaq üçün. Ağlayıram ona görə ki, tarixin saxtalaşdırıb özünküləşdirmək istəyirlər, yaxın keçmişimizi bizlərə unutduraraq, yalanları bizim “sadəlöv” camaata sırışdırırlar. Gülürəm ona görə ki, sizlərə məlum, dılğır qonaqlı verlişlər. Elə 2 ay öncə həmin verlişlərin birinə “Ortaq Məxrəcə ”baxdım.  Continue reading ““At ilxısı, köpək sürüsü””

Erməni gənci ilə; “qısa və konkret”…

Bu günlərdə ən aktual məsələlərdən biri və birincisi “erməni ilə əlaqə məsələsidir”. Mənə də çox maraqlı gəldi. Özüm də bu məsələnin içində idim. Təbii ki, məni heç nə qorxutmur. Hətta ruhlandırır. Özünü vətənpərvər-millətçi sayan gənclərdən alacağım qınaq məni maraqlandırmır. Bunları görən həmin “vətənpərvər”lər daha da aktivləşir, şərə, böhtana əl atır. Yenə də maraqlandırmır. Bunların gündəmə gəlmək şanslarının belə bəsit məsələri böyüdüb, dağ başına qaldırmaqdan keçir. Turan İbrahimovun, MDP-nın, bir sıra KİV-lərinin bizlərə, Dalğa GH-na qarşı absurd ifadələr işlətməsi, bizi ermənipərəstlikdə qınamağı, özlərinə isə “haqq” qazandırmaları adamı lap əldən salırdı. Continue reading “Erməni gənci ilə; “qısa və konkret”…”

Təhsil xərçəngi

Ölkədə təhsilin hansı səviyyədə olması hamıya bəllidir. Azərbaycan təhsili. İnkişaf potensialina görə geridə olan, kadr yetişdirmək əvəzinə balqabaq yetişdirən təhsil. Rüşvət bu gün təhsilin anasını ağladıb, keçib bacısına. Ali təhsil ocaqlarında baş verən bu cür qeyrətsizlik, artıq orta məktəbə də yoluxub. Bir epidemiya kimi. Bu təhsilin düzələcəyinə inamım azalıb. Ilk növbədə özümə yazığım, daha sonra isə bu iyrəncliyin qurbanlarına. Təhsilin bərbatlığını görənlərin buna etiraz etməməsinə hələ də şokdayam. Əlbəttə, bu normaldır. Bu təhsil virusu onların etiraz etək hissini öldürüb, onları manqurtlaşdırıb. Təbii ki, savadı olmayan gənc  bizim cəmiyyət üçün təhlukədir. Azərbaycan GƏLƏCƏyinin tufeyli həyat sürəcəyi gənci. Həmin o savadsız, manqurt gənci hara desən yönləndirmək olar. O, sabahın rüşvətxoru, diktatora and içən axmağı, təhsil virusunu yayandır. Continue reading “Təhsil xərçəngi”

Iyul ayının 15-i saat 21:00-da Bakı – Tiflis qatarı ilə Gürcüstana yollandıq. Ilk növbədə kupedə yaxşı yol yoldaşları ilə rastlaşdım. Maraqlı söhbətlər, müzakirələr yolu daha da qısadırdı. 12 saatdan sonra Tiflisə gedən qatardan Böyük Kəsik tərəfdən düşüb yolumuza maşınla davam etdik. Rustaviyə yollandıq. Bura çox gözəl şəhərdi. Ordan eşitdiyimə görə buranın təməli Sumqayıt şəhəri ilə birgə qoyulub.

Daha sonra burda bir gecə keçirəndən sonra gözəl şəhər, “kiçik Paris”, Corciyanın paytaxtı Tiflis şəhərinə getdik. Bütün şəhəri ələk-vələk elədik. Demokratiyanın “iyi” gəlirdi havadan. Hər yeri Avropa Birliyinin bayraqları bəzəmişdi. Continue reading “Gürcüstan sərrrr güzəştləri….”

AZAD FƏRD, MƏSULİYYƏTLİ VƏTƏNDAŞ

AZAD FƏRD, MƏSULİYYƏTLİ VƏTƏNDAŞ

Məsuliyyət: insan öz əməllərinə görə cavabdeh olmalıdır. O əməllər ki, adamı bir daha buna zövq etməsin və etdiyi hər səhfə görə məsuliyyət daşısın. Məndən soruşsalar ki, Azərbaycanda hansı cəmiyyəti görmək istərdin? Cavabım əxlaqın, məsuliyyətin və azadlıqların olduğu bir cəmiyyəti. O azadlıqlar ki, insan o cəmiyyətdə özünü xoşbəxt, özünü azad, özünü bir o qədər də məsuliyyətli hiss etsin. Əlbəttə, sivil cəmiyyətin yaranması üçün fikir azadlığı lazımdır. Continue reading “AZAD FƏRD, MƏSULİYYƏTLİ VƏTƏNDAŞ”

*Liberalın Əxlaq Kodeksinə dair – M. F. Axundzadə (Azərbaycanda Libralizm)

Insanların yeddi vəzifəsi vardır. Əgər insan bütün bu vəzifələri yerninə yetirərsə, bu halda kamil insan sayılır əgər o, bunların bir qismini yerinə yetirərsə, natamam insan sayılır ; əgər o ,bu  yeddi vəzifələrin heç birinə əməl etmirsə, deməli insan qismindən cıxır və heyvan qisminə daxil olur.

Birinci vəsifə bunda ibarətdir ki, insan pis əməllərdən uzaq olsun.

Ikinci vəzifə xeyir işlər görməkdir.

Continue reading “*Liberalın Əxlaq Kodeksinə dair – M. F. Axundzadə (Azərbaycanda Libralizm)”