Adi parçanın sevgisi

Şimali Avropa ölkəsi olan Estonia əsrlər öncə Danimarkanın , daha sonra İsveç və yaxın tarixdə isə Sovet imperiyasının işğalına məruz qalmışdır. Bunlara baxmayaraq, Estonlar mübarizə aparmış və sonda öz müstəqilliklərini əldə etmişlər. Bu ölkəni daha çox maraqlı edən fakt isə texnalogiyanı digər Avropa ölkələrinə görə daha çox mənimsəməsi və həyatın, demək olar ki, bir çox sferasına tətbiq etməsidir. İnternet istifadəsinə görə ön sıralarda olan, təhsilin keyfiyyəti və yeni texnologiya ilə sıx bağlılğı şimal ölkəsini fərqləndirən digər amillərdəndir.

Tarixlərimiz müəyyən müddətə də olsa kəsişir. Eyni damın altında təxminən 50 ilə yaxın nəfəs almağa çalışmışıq. Düzdü, bizim əvvəlki işğalçılarımız, çox təəssüf ki, isveçlilər və danimarkalılar olmasa da, yerləşdiyimiz coğrafi vəziyyət çox fərqlənsə də, qonşularımızdan biri finlər olmasa da, bu o demək deyil ki, onlarla eyni taleyi yaşamamalıyıq. Eyni tale deyəndə bugünkü eston gəncini nəzərdə tuturam. Öz ölkələrində kifayət qədər keyfiyyətli olan təhisil alırlar, pulsuz nəqliyyatdan istida edirlər, Avropa Birliyinin üzvülüyündən gələn üstünlüyün dadın bilirlər, ölkələrində fundamental azadlıqlar qorunur və qoruyurlar, həftə sonu anlayışını yaşayırlar, savadlıdırlar, yəni savadlılıq dərəcəsinə görə 100 %-lik göstərici var, hər kəsin isifadə etdiyi Skype-ın yaradıcıları ilə eyni vətəndaşlığı bölüşürlər, soyuq olan ölkədə sevginin var olduğu təmiz və disiplinlidirlər.

Dünən bayraq günü idi. Kifayət qədər adam var ki, quru vətənpərlik edir. Yəni mən bir estonla bizim ölkə patriotunu necə bir müstəviyə qoyub, azərbaycanlının daha səmimi hisslər yaşadığını söyləyə bilərəm ki? O bayrağa layiq olan xalq onu sevməyə də layiqdir. Mənim mənsubluğumu aydınlaşdıran o parçaya, simvola mənəvi gücü verən bir dəyər yoxdursa, 100 il öncə bizə miras verilən 3 rəngi nəyin bahasına yelləməliyəm? Mən azərbaycanlıyam, amma niyə sizin “vətən” deyə böyük hərflə yazdığınız o kəliməni, ya da onun ifadə etdiyi anlamı səbəbsiz və qarşılıqsız sevməliyəm? Platonik sevginin gözəl və əvəzolunmaz olması haqda olan hağıllarla yaşamağa dəyməz. Əlini tutmadığıməz, hiss eləmədiyimiz heç bir şeyin həqiqiliyini sübut edə bilmərik. Biz nağıllara inanmağa məhkum, nağılı yaşamağa layiq romantiklər olmamalıyıq.

Vətəndən küsmək çox pis şeydir. Sevmək üçün isə hələ tezdir.

Advertisements

Cavab gözləyirəm.... (pis ya yaxşı)

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma