Azadlıq meydanı, yaxud “Azad” dayanacaq meydanı…

Ey, tarixi silkələyən meydan! Səndəmi bunları görəcəkdin?!…                                                                                                                                                                                                                                                                                                                                                                   

1988-ci il hadisələri gözümün önündə canlanır(təbii ki, ekranlardan gördüyüm. Hələ 2003-cü il oktyabr hadisələrin demirəm). Meydana yığılmış və Sovet rejiminə etiraz etmiş milyonlarla insan! Ən əsası isə qan görmüş meydan! Həmin meydan ki, o tökülən qanlar hesabına 70 il əsarətdən sonra AZAD ölkədə yaşamağı bizlərə nəsib etdi. Leninin böyük heykəli təpəsi üstə aşırıldı, meydana 3 rəngli bayraq sancıldı və… Azadlığımızın başlandığı məkan bu gün tamam başqa bir problemi var- Azadlıq Meydanında yeraltı dayanacağın inşası ilə bağlıdır.

                                                                                                                                        
Bu gün həmin meydanın qarşısından keçirdim. Sözün düzü o meydanı hələ, elə görməmişdim. Hasarlanmış ərazi, tikinti materialları, “müvəqqəti narahatçılığa görə üzr istəyik” yazılan lövhələr, bir sözlə üzümüzə bağlı olan digər meydan! Çox qəribə və ürək ağrıdan haldır. Xalqın bu müstəqilliyi qazandığı meydan və dayanacaq. Bu xalqa edilən ən böyük zərbədir məncə.
Zərbənin dadını sən də hiss et 🙂

Bilmirəm bu tikinti nəyə lazımdır, kimə lazımdır, onu bilirəm ki, Nazirlər sevinəcək . Maşınlarını tarixi ərazının altında salınmış dayanacaqda saxlayacaqlar və…

böyük bir “Azad” dayanacaq meydanı əmələ gələcək…

Sonda bir az qeyri-ciddi olsam da, bu mənim üçün çox ağrılı və qəbul etmədiyim məsələdir. Mən bu yazımla ən azından etiraz etdiyimi düşünürəm…

Advertisements

Azadlıq meydanı, yaxud “Azad” dayanacaq meydanı…” üzərinə 5 şərh

  1. NiyƏ hər şeyi dramlaşdırırsınız? Burda heç bir dromatik hal yoxdur. Tikinti gedir. Sonra yenidən abadlaşacaq. İqtisadi səmərli bir ideyadır və həmdə Azadlıq meydanının üzərinin daim boş (Avtomobillərsiz) qalmasına təminat yaradır.

Cavab gözləyirəm.... (pis ya yaxşı)

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma