Boşanmaq, yoxsa döyülüb, söyülmək?


Subay olsamda “boşanmaq yaxşıdır, yoxsa qalmaqallı evlilik?” – sualı ətrafında hər zaman düşünürəm. İnsanların bu suala olan münasibəti fərqlidir. Bəzən əksəriyyət insanın yanaşmaları üst-üstə düşür. Ən azından şahidi olduqlarım bunu mənə deməyə əsas verir… Yeri gəlmişkən, bu yaxınlarda olan bir hadisəni sizlərlə bölüşmək yerinə düşərdi. 

Belə ki, boşanmış kişinin qohumu ilə söhbət edən zaman kişinin bu sözlərinə şahid oldum: “Dəlisən?!Boşanmaq nədir?! Bizi kim sayacaq nəsildə, rayonda? Boşanıb yenidən evlənəcəyinə, kənarda bir arvad saxlasaydı daha yaxşı olardı. Gəl, indi rayonda biyabır olma da?! Eləsinə necə kişi deyəsən?! Oğraş, binamusdur!”

Çəkdiyim misaldan aydın olur ki, qohum öz yanaşması ilə məsləyə aydınlıq gətirmir.  Hadisəni öz gözü ilə qiymətləndirməkdənsə, nəslin gözü ilə qiymətləndirir. Burdanda aydın şəkildə görünür ki, problem həmin insanda deyil, cəmiyyətin özündədir…
Məncə, boşanmanın böyük təsirləri var. Psixoloqların dediyinə görə, bu uşaqlara daha çox təsir edir. Apardığım araşdırmalara görə, bir sıra psixoloq bunu belə izah edib: “ Uşaqlar, boşanmaya qədər ailədə baş verən qalmaqalların şahidi olur. Buna görə də onların psixoloji durumlarında böyük problemlər yaranır. Aqressivləşir, əsəbləri gərilir, həyata daha küsgün baxır və s”.
Əlbəttə, bütün bunlar da  uşaqların bir normal fərd kimi yetişməsinə təsir edəck ən böyük amildir. Buna görə də, həmin uşağın sığına biləcəyi yeri ailə dağıldıqdan sonra olmayacaq. Ata və anası arasında boğulduğunu hiss edəcək, həyatdan bezəcək. Təbii ki, bu prosesə adaptasiya olana qədər. Artıq gec də ola bilər…

Mən bir yeniyetmə kimi, boşanmanın əlehinə deyiləm! Şiddətə, zorakılığa məruz qalan, söyülən qadın boşanmayıb, nə etsin? Gözləməlidir ki, kişisi kənarda arvad saxlayacaq?! Ya da rayonda, nəsildə kiminsə dediyi sözə görə bu addımdan əl çəkəcək?! Əlbəttə, bir-birilərilə yola getməyən ailə çarəni ancaq boşanmaqda görməlidir(kişilərə də aiddir).
Çox maraqlıdır,niyə görəsən, rayon əhlinin və nəsilin fikiri insanın şəxsi fikirinə qalib gəlir..?

Görünür ki, həmin insanların iradəsi zəifdir. Amma yox. Bəs, tək qalan xanım gələcək də nə etsin?! Tək necə yaşasın(kişilərə də aiddir)?!
Elə buna görə də, məcburi şəkildə qurulan ailələrin də, sayı günü-gündən artır. Axırda acı sonluqla nəticələnir. Bir neçə il keçdikdən sonra həmin ailə dağılır.
Düzdür, tək boşanmaların səbəbi bunlar deyil. Məncə boşanmaya qaynana-gəlin, baldız-gəlin arasındakı saç yoldusu, kişilərin murdar vərdişlərə, narkomaniyaya, spirtli içkilərə qurşanması və s. kimi faktlar da səbəb olur.
Bir insanın sevgisini, niyə axı, valideyni, qohumu seçməlidir?!

Bu sualın qısa və konkret cavabı: “Evlənəcəyin şəxsi tanımırsansa onunla evlənmə, üsyan elə! Axıra kimi mübarizəni apar, qohumun dediklərinə fikir vermə! “
Yaxşı-yaxşı fikirləş. Əgər, bütün bunlarla razılaşıb ailə qurdunsa mütləq onu saxlamaq lazımdır! Buna görə də, seçimi doğru etmək lazımdır ki, qurulan ailə dağılmasın…

Bəs siz necə düşünürsünüz, boşanmaq yaxşıdır, yoxsa qalmaqallı evlilik?

Ps.  Mən bu yazını ən azından şahidi olduğum məsələlərə görə yazıram…! 

Boşanmaq, yoxsa döyülüb, söyülmək?” üzərinə 12 şərh

  1. Düşüncələrinizə qatılıram. İnsan ailə qurduğu birini əvvəlcə tanımalı və qarşılıqlı müəyyən hisslər keçirməlidir. Heç bir halda özünə qarşı hörmətsizlik və zorakılıq hallarına yol verməməlidir. Lakin təbiidir ki, heç bir mövzu bir tərəfli deyil. Ailə quran bu günkü gənclərdə səbrsizlik, dözümsüzlük faktorları da çoxalıb. Və buna alternativ olan, bu düşüncələri əks etdirən yazımı sizə təqdim edirəm.

    http://thesamiran.wordpress.com/2011/08/11/evl%C9%99ndik-ki-bosanaq/

  2. Fikrlərinlə razıyam da ancaq tam olaraq yox… Bilirsən qardaşım düz deyirsən : Şiddətə, zorakılığa məruz qalan, söyülən qadın boşanmayıb, nə etsin?! Ancaq bir – iki nəfərlə cəmiyyət fikrini dəyişə bilmərik. Buna çox təəssüf edirəm. Ancaq inanıram ki, vaxt gələcək bu prosesdə öz qaydasına düşəcək…

  3. Boşanmanın mən də əleyhinə deyiləm, amma insan öz ailəsinin möhkəmliyi uğrunda mübarizə aparmalıdır. Yeni qurulmuş ailə- qız və oğlan artıq öz qərarlarını özləri verməlidir. Ata anadan asılı qalmaq, onları sözü ilə oturub durmaq olsa, onda o ailə tez dağılar. Sağol Həci. Xoşvaxt olasan 🙂

  4. çox gözəl mövzuya toxunubsuz. uşaqların psixologiyasının korlanması…
    xoşbəxt ailə üçün öncə sevgi olmalıdı hörmətlə paralel şəkildə. və hamı insan olmalıdır ki dava olmasın. nəsə olanda qışqırmağların yeri yoxdu (yersiz qışqırmaqlar)
    boşanmaq ömür boyu qalmaqallı sürəcək ailədən yaxşıdır. amma arada olan uşaqlara olur… nə isə
    gecəniz xeyrə

  5. Maraqlı yazın var, amma hələki ailə qurmasan bu işin necə olduğunu başa düşməyəcəksən. Bizim millət stereotiplərlə yaşamağı xoşlayır. İstədiyini edir, sonra deyir: – “Görəsən cammat nə deyəcək?”
    Əslində boşanma prossesi özüdə asand bir iş deyil.
    Mənim məsləhətim isə, ailə quranda, müqavilə bağlamaqdır. Evilik müqaviləsi. Hamı deyə bilər ki, mənlə belə şey olan deyil… Amma…
    Həyat ammalarla və lakinlərlə doludur. Bu işdə hər kəsin özünün və həyat yoldaşının fikiri (+ övladları varsa, onlarında fikrini) öyrənib və bircə yekün qərara gəlməkdir.

    Ən yaxşısı o olardı ki, heç boşanmaya gətirib çıxarmazdılar; yəni boşanma səbəblərini aradan qaldırardılar.

hacizeynalli üçün bir cavab yazın Cavabı ləğv et