Bloqosfer 2011 – Duzlu və məzəli! (Twitterdə cavab verənlər üçün…)

Mənim üçün bu forumda iştirak çox vacib idi. Ən azından ona görə ki, bloqçular və yeni media mütəxəssisləri ilə 2 gün birgə olacaqdım. Forumdan əlavə başqa mövzuları onlarla birgə müzakirə edəcəkdim, nəsə öyrənəcəkdim. Buna qismən nail oldum. Ölkənin tanınmiş bloqçuları ilə yaxından əlaqə qurdum. Daha çox sosial şəbəkələrdə gördüyüm, ancaq realda görmədiyim bloqçuarın hamısını məhz o məkanda gördüm. Təşkilatçıların dediyi kimi, “bu bizim formumuzdur” və mən bu forumu yaxşı dəyərləndirdiyimə inanıram.

Forumun gündəliyinə bir nəzər salaq.

2 günlük bloqosfer çox maraqlı keçdi. İlk gün daha çox təqdimatlarla yadda qaldı və bu təqdimatların bizim internet sahəsindəki biliklərimizin artmasında çox üstü bir yol oldu. Azərbaycanda internetin,  reklam bazarının, regionlarda internetin və mobil rabitənin vəziyyəti çox maraqlı şəxslərlə bizlərin nəzərinə çatdırıldı. Plenar müzakirənin sessiyalarının açılışı və mövzuların təyini oldu.

2 gün isə həmin mövzuları müzakirə etmək üçün işçi qrupları yaradıldı. Yaradılan qruplar mövzular müzakirəsi əsasında aidiyyatlı qurumlara təkliflər hazırlandı və səsverməyə çıxarıldı. Səsvermə nəticələrinin hazırlanmasına qədər forum iştirakçıların təqdimatları oldu. Ən maraqlı təqdimat haqqında isə bir sonra danışacam. 🙂 Səsvermələrin nəticəsinin elanı zamanı bütün təkliflərin qurumlara göndəriləcəyi məlum oldu.  Birgə şəkillər çəkiləndən sonra forum gələn ilə kimi öz işini dayandırdı.

Keçim forumun ən maraqlı hadisələrinə.


ilk günüdə(3 sentyabr)”İrəli” İB-nin təmsilçisi Rauf Rayın(Mərdiyev)dediyi söz bloqosferin trendi oldu. Raufun tvitləyib ki, “Bloqosfer klounadası başlayır” . İlqar Mirzə bloqosfer haştaqlı ən maraqlı tvitləri oxuyurdu. Elə bu tvit qarşısına çıxdı. İlqar Mirzə Raufa “forumun kontentini siz, təşkilatını biz hazırlayırıq. İndi kloun kim oldu?” deməsi maraqlı cavabla nəticələndi: “bu suala tvitterdə cavab verəcəm. Kim istəyir follov etsin follov bək edərəm”. Bütün forum iştirakçıları bu sözə nəyi var güldü. Daha sonra #twitterdecavabverecem haşt’nqiı yarandı və bir gün içində ən çox yazılan haştanglar içərisində ikinci oldu. Elə həmin gün nahar failəsi zamanı maraqlı bir video çəkildi. Bu video iki gün ərzində 700-dən çox baxış və 450-dən çox paylaşım sayı oldu. Son gün zamanı bu videonun təqdimatı da oldu. Rauf yaman depressiyaya düşmüşdü. Forumun ikici günü iştirak etməmişdi və səhf etmirəmsə Bakıya geri dönmüşdü. Bir az kriminal xəbərə oxşadı eee… 🙂 (evdən çıxmış və bir daha geri dönməmişdir. Nə isə!)

Başda İlqar Mirzə və Azər Nəzərova olmaqla bütün təşkilatçılara öz təşəkkürlüyümü bildirirəm! 2 gün bizi internetsiz qoymağınıza baxmayaraq hər şey əla idi!  Sağ olun ki, biz bloqçulara belə şərait yaradırsız!

P.S Azər müəllim, sizə bir söz demişdim, amma  eləmədim.  Yadımdasız…. 🙂

Twitterdə cavab verənlər üçün..

Advertisements

Bloqosfer 2011 – Duzlu və məzəli! (Twitterdə cavab verənlər üçün…)” üzərinə 5 şərh

  1. Teessufki, sizinle orda tanis olmamisiq, inshAllah gelen il tanish olariq 😉

    Internetle bagli bir sheyi qeyd edim ki, teshkilatchilar ellerinden geleni etdiler ki, bu problem hell olunsun (twitter’de menim tvitlerimde de bunu gormek olar 😉 ), ancaq teessufki alinmadi. Dushunurem ki, gelen il bu problemi yashamariq 😉

Cavab gözləyirəm.... (pis ya yaxşı)

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma