C.Qafqaz, Azərbaycanda Demokratiya, şad xəbər..

 

Az yazmağın daha yaxşı olduğunu anladım. Həftəyə bir, bəzən iki. Keçək bu dəfə ki mövzumuza. “Azərbaycan və DEMOKRATİYA”. Bu mövzuya çox toxunulur. Hər bloggerdə belə yazılar olur. Dedim məndə bir cızma-qara edim.

Dünəndən etibarən C. Qafqaz ölkələrində azadlıqların hansı göstəricidə olduğunu incələyirəm.  Bir sıra maraqlı nəticələr əldə etdim.
Bunları sizinlə bölüşmək istədim. Yeri gəlmişkən bir neçə gün bundan qabaq Azadlıq radiosuna “Freedom House”təşkilatının hazırki rəhbəri David Kramerin müsahibəsinə baxırdım. Azərbaycanla bağlı maraqlı fikirlər səsləndirib. Ölkədə insan haqlarının, mətbuat və söz azadlığının, demokratik seçkilərin olmadığını öz müsahibəsində qeyd edib. Mənim fikrimcə çox gözəl və düzgün vurğulayıb. http://www.azadliq.org/content/article/24300137.html

Ilk növbədə ölkəmizdəki vəziyyətlə bağlı maraqlandım. Doğrusu elə öz ölkəmin nəticəsi haqda yazacam. Intahası digər iki ölkə haqda qısaca məlumat vermək borcumdur. Amma çox qısa. 🙂

Azərbaycan azad olmayan, yəni “not free” ölkələr siyahısındadır. Mövcud olan bütün azadlıqlar məhdudlaşdırılıb. Demokratik seçkilər, siyasi hüquqlar, vətəndaş, mətbuat, sərbəst toplaşma, fikir və b. azadlıqlardan söz gedə bilməz. Sadəcə internet azadlığı “qismən azad” statusu daşıyır. Fəqət günü-gündən çoxalan internet istifadəçilərini görən hökümət, gənclərin daha aktiv olduğu saytlara nəzarəti gücləndirir. Bunu aydınca, Bəxtiyar Hacıyevin, Cabbar Savalanlının həbsində görmək mümkündür. Hətta ölkədə aktiv bloggerlərə də təzyiqlərin olduğu açıq-aşkar şahid olunur. 2 il əvvəl Adnan Hacızadə və Emin Millinin həbsi ilə nəticələnmişdi. Yazıq bloggerlər. 

Rejimin media nümayəndələrinə qarşı amansız olduğu məlumdur. Jurnalistlərin döyülməsi, tutuqlanması, təqiblərə məruz qalması və s. bunun kimi hallar adiləşib.   “Freedom House”un 2006-cı ildəki mətbuat azadlığı ilə bağlı hesabatına baxırdım və ölkəmiz Ermənistanla birgə mətbuatın “azad” olmadığı ölkələr sırasındadır. Gürcüstanın(Corciya) mətbuatı isə “qismən azad” ölkələr arasındadır. Təbii ki, bu 5 il əvvəl verilən bir məlumatdır. Bu zamana qədər regionda Gürcüstanın(Corciya) media baxımından daha da demokratikləşməsi gözə çarpandır.

Mən bu ölkədə bunların daha yaxşı şahidiyəm. Ən azından söz, mətbuat, sərbəst toplaşma və s. kimi azadlıqlarının olmadığı mənə aydındır. İcazəli aksiyaları belə dağıdırlar. N!daçıların təşkil etdiyi icazəli kitab aksiyasında bunun şahidi oldum. Aksiya iştirakçılarına qarşı polislərin vəhşicəsinə hərəkətləri dözülməzdir.

Fəqət  azadlıqların durumuna görə həm Gürcüstan(Corciya), həmdə Ermənistan ölkəmizi qabaqlayıb. Regionda, hətta postsovet ölkələri içərisində Gürcüstan(Corciya) demokratikləşmə baxımından müsbət dəyişikliklərin olduğu ölkədir.

Mən Gürcüstanda keçən ay oldum. Özüm ölkədəki vəziyyətlə daha yaxından tanış oldum. Özüm üçün qeydlər apardım. Azad ölkə, sərbəst yaşam, maraqlı gənclik. Hamısın burda tapmaq olar. Bir daha bu nəticəyə gəldim ki, bir fərd üçün azad ölkə iqtisadiyyatı güclü olan ölkədən daha önəmlidir. Nə qədər də iqtisadi baxımından “güclü” olsaq da, bu mənim heç … deyil!

“Bu yazını yazarkən Liviyada bayramdır. Qəddafi devrildi artıq! Diktatorların hamısının aqibəti eyni cür olur. Liviya xalqının sevincini görəndə paxıllığım tutur. Görəsən biz nə vaxt belə sevinəcəyik?”                

Bu barədə sonra…

Advertisements

C.Qafqaz, Azərbaycanda Demokratiya, şad xəbər..” üzərinə bir şərh

Cavab gözləyirəm.... (pis ya yaxşı)

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma