Adi parçanın sevgisi

Şimali Avropa ölkəsi olan Estonia əsrlər öncə Danimarkanın , daha sonra İsveç və yaxın tarixdə isə Sovet imperiyasının işğalına məruz qalmışdır. Bunlara baxmayaraq, Estonlar mübarizə aparmış və sonda öz müstəqilliklərini əldə etmişlər. Bu ölkəni daha çox maraqlı edən fakt isə texnalogiyanı digər Avropa ölkələrinə görə daha çox mənimsəməsi və həyatın, demək olar ki, bir çox sferasına tətbiq etməsidir. İnternet istifadəsinə görə ön sıralarda olan, təhsilin keyfiyyəti və yeni texnologiya ilə sıx bağlılğı şimal ölkəsini fərqləndirən digər amillərdəndir. Continue reading “Adi parçanın sevgisi”

Advertisements

Otları sulamaq …

Yoxsul və Alt Təbəqə üçün.

Sizə bir hekayə danışım.

Bir zəif inkişaf etmiş ölkə başçısı İngiltərəni ziyarət edir. İngiltərənin otlarına heyran qalır. Səbəbini soruşur və ingilis ot toxumları ilə ölkəsinə qayıdır. Eyni gözəllikdə otu əldə edə bilmədiyindən harda səhv etdiyini soruşur.

View original post 65 daha çox kəlmə

Quis custodiet ipsos custodes?

Yoxsul və Alt Təbəqə üçün.

Bayaq polislərin vəhşiliyi haqda videoya baxırdım. Təbii ki, izlədiyim görüntülər ürəkaçan, normal deyildi.  Vəhşiliklər barədə danışmayağa lüzum görmürəm. Onsuz da yazacaqlarım qismən bunu oxuyanların düşüncələrindən mahiyətcə heç də fərqlənməyəcək. Fərqlənən yalnız barbarlıq dərəcəsinin təsvir tonları olacaq. Əşi, siz özünüzü qoruyun, əsas budur. Hə,  sonra  Platonun “Dövlət” əsərindən bu hissə qarşıma çıxdı. Dedim, tərcümə edim.  Yaxşı ya pis nə isə etməyə çalışmışam. İcazənizlə…

View original post 239 daha çox kəlmə

Azadlıq meydanı, yaxud “Azad” dayanacaq meydanı…

Ey, tarixi silkələyən meydan! Səndəmi bunları görəcəkdin?!…                                                                                                                                                                                                                                                                                                                                                                   

1988-ci il hadisələri gözümün önündə canlanır(təbii ki, ekranlardan gördüyüm. Hələ 2003-cü il oktyabr hadisələrin demirəm). Meydana yığılmış və Sovet rejiminə etiraz etmiş milyonlarla insan! Ən əsası isə qan görmüş meydan! Continue reading “Azadlıq meydanı, yaxud “Azad” dayanacaq meydanı…”

Boşanmaq, yoxsa döyülüb, söyülmək?


Subay olsamda “boşanmaq yaxşıdır, yoxsa qalmaqallı evlilik?” – sualı ətrafında hər zaman düşünürəm. İnsanların bu suala olan münasibəti fərqlidir. Bəzən əksəriyyət insanın yanaşmaları üst-üstə düşür. Ən azından şahidi olduqlarım bunu mənə deməyə əsas verir… Yeri gəlmişkən, bu yaxınlarda olan bir hadisəni sizlərlə bölüşmək yerinə düşərdi.  Continue reading “Boşanmaq, yoxsa döyülüb, söyülmək?”

Bloqosfer 2011 – Duzlu və məzəli! (Twitterdə cavab verənlər üçün…)

Mənim üçün bu forumda iştirak çox vacib idi. Ən azından ona görə ki, bloqçular və yeni media mütəxəssisləri ilə 2 gün birgə olacaqdım. Forumdan əlavə başqa mövzuları onlarla birgə müzakirə edəcəkdim, nəsə öyrənəcəkdim. Buna qismən nail oldum. Ölkənin tanınmiş bloqçuları ilə yaxından əlaqə qurdum. Daha çox sosial şəbəkələrdə gördüyüm, ancaq realda görmədiyim bloqçuarın hamısını məhz o məkanda gördüm. Təşkilatçıların dediyi kimi, “bu bizim formumuzdur” və mən bu forumu yaxşı dəyərləndirdiyimə inanıram. Continue reading “Bloqosfer 2011 – Duzlu və məzəli! (Twitterdə cavab verənlər üçün…)”

C.Qafqaz, Azərbaycanda Demokratiya, şad xəbər..

 

Az yazmağın daha yaxşı olduğunu anladım. Həftəyə bir, bəzən iki. Keçək bu dəfə ki mövzumuza. “Azərbaycan və DEMOKRATİYA”. Bu mövzuya çox toxunulur. Hər bloggerdə belə yazılar olur. Dedim məndə bir cızma-qara edim.

Dünəndən etibarən C. Qafqaz ölkələrində azadlıqların hansı göstəricidə olduğunu incələyirəm.  Bir sıra maraqlı nəticələr əldə etdim. Continue reading “C.Qafqaz, Azərbaycanda Demokratiya, şad xəbər..”